İcra başçısı vəfat etdi

İcra başçısı vəfat etdi
2094 dəfə oxunub
  • A-
  • A
  • A+

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev ötən gün dünyasını dəyişib.

Axşam.az “Report”a istinadən xəbər verir ki, Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

Qeyd edək ki, Tağıyev Vahid Heydər oğlu 1961-ci ildə Göyçay rayonunun Alpout kəndində anadan olub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.