Dünən müğənni Suli yeni çəkdirdiyi klipinə təqdimat keçirib.
Axşam.az-ın məlumatına görə, “Çox gözlədim” adlı mahnıya çəkilən klipin rejissoru Sulinin özüdür. Bəstənin sözləri Azər Şirinə, musiqisi isə Givi Usenaşviliyə məxsusdur. Asif Kərimovun prodüserliyi ilə hazırlanan layihədə Suli üç obrazda çəkilib. Klipdə əsəbi qız, xanım və məşhur müğənni Kristina Aquleraya bənzəyən Sulinin üzərində tanınmış stilist-vizajist Səbinə İmanova işləyib.