Ramal Aygün Kazımovanın başına gül səpdi - video

Ramal Aygün Kazımovanın başına gül səpdi -  video
4229 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən məclislərin birində xalq artisti Aygün Kazımova və müğənni Ramal İsrafilov üz-üzə gəlib.

Axşam.az-ın məlumatına görə, ifasını bitirdikdən sonra hər kəsə təşəkkürünü bildirən A.Kazımova səhnədən uzaqlaşarkən Ramal yaxınlaşıb, əlindəki gül ləçəklərini onun başına səpib.
“Respublikanın xalq artisti Aygün Kazımova” deyə müraciət edən Ramala Aygün Kazımova heç bir cavab vermədən səhnədən uzaqlaşıb. Prodüser Tolikin görüntülədiyi həmin anı təqdim edirik.

Xatırladaq ki, A.Kazımova və R.İrafilov arasındakı söz-söhbətə “Biletini alma” mahnısı səbəb olmuşdu. Ramal öz bəstəsi olan mahnını xalq artistinin ifasında bəyənmədiyini söyləyərək, onu özü oxuyub klip də çəkdirmişdi. A.Kazımovanın “Ramal, çaşma” ifadəsi ifaçılar arasındakı qalmaqalı daha da şiddətləndirmişdi.