Elnarə Beyons kimi rəqs edəcək - açıqlama +video
Müğənni Elnarə Xəlilova rəqs dərsləri almağa başlayıb.
Axşam.az xəbər verir ki, sənətçi “Onlar” verilişinə açıqlamasında məşhur ifaçı Beyons kimi şou göstərmək niyyətində olduğunu deyib:
“İndiyədək ona həsəd aparmışam. Çox istəyirəm ki, Beyonsun səhnə şoularından nə vaxtsa mən də edə bilim. Hər kəsin səhnədə individual hərəkəti olur. Əgər çalışsam, mən də Beyons kimi hərəkətlər edə bilərəm. Hazırda Avropa rəqs dərslərinə başlamışam. Buna görə müəllimim, əməkdar artist Etibar Məmmədova təşəkkür edirəm. Bir çox sirlərim var ki, onları hələ açmağı düşünmürəm. Hamısını birdən nümayiş etdirib tamaşaçını şoka salmaq istəyirəm. Yeni çəkdirəcəyim kliplərimdən birində rəqs edəcəyəm”.
E.Xəlilova həmçinin deyib ki, bu yaxınlarda “Facebook” dostlarından biri ilə duet oxuyacaq:
“Həmişə qarşıma özüm kimi istedadlı insanlar çıxır. Bu yaxınlarda sosial şəbəkədə mənə İlkin adlı gənc yazdı. Əvvəlcə inanmadı ki, profilin həqiqi sahibi mənəm. Sonra danışdıq və mənimlə duet oxumaq istədiyini bildirdi. Mən də razılaşdım. “Facebook”dan tapdığı biri ilə duet hazırlayacaq ilk müğənni mən olacağam”.