“Eurovision” təmsilçimiz Dilarə Kazımova Ukraynada keçirilən “Ukraynanın səsi” müsabiqəsinə qatılıb.
Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, azərbaycanlı gənc ifaçı ukrayna dilində "Без бою" mahnısını ifa edib və mahnının müəllifi Svyatoslav Vakarcukun komandasında yer alıb.
Qeyd edək ki, Dilarə Kazımova mayın 6-da Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində ölkəmizi “Start a fire” mahnısı ilə təmsil edəcək.