Hündürdaban onları bu hala qoydu - Fotolar

Hündürdaban onları bu hala qoydu - Fotolar
2570 dəfə oxunub
  • A-
  • A
  • A+

Qadınları cazibədar göstərən amillərdən biri də hündürdaban ayaqqabılardır. Bu ayaqqabıları geyinmək çətin olsa da, zərif cinsin nümayəndələri onu geyinəndə özlərini daha yaxşı hiss edir. Belə ayaqqabılar insan sağlamlığına olduqca mənfi təsir edir. Barmaq hissəsi dar və hündür ayaq geyimləri mütəmadi istifadə olunduqda insan ayağın fiziologiyasını dəyişir. Buna baxmayaraq, bir çox məşhur simalar "gözəllik qurban tələb edir" deyərək, mütəmadi olaraq bu ayaqqabılardan geyinir.

Axşam.az xarici KİV-ə istinadən hündürdaban ayaqqabıların ayaqlarını pis formaya salan ulduzların siyahısını təqdim edir:

Model Keyt  Moss
Moss model kimi çalışdığından məcbur həmişə belə ayaq geyimlərindən istifadə edir. Nəticədə ayaqları deformasiyaya uğrayıb və əyilib. O, podiumda 37 ölçüdən istifadə etsə də, əslində ayağı 39 ölçüdür.

Aktrisa Qvinet Peltrou
O, idmana və sağlam həyat tərzinə üstünlük versə də, heç vaxt ayaqlarının formasından narahat olmayıb. Əslində kiçik bir əməliyyatla barmaqlarının bu eybəcər görünüşündən xilas ola bilər. Amma görünür aktrisa bu haqda düşünməyib və düşünməyəcəyini də deyib.

Aktrisa Mişel Yeo
Mişelin ayaqlarında da eybəcərlik var. Onun baş ayaq barmağının əyilməsi mütəmadi olaraq bu cür ayaq geyimlərindən istifadə etməsinin nəticəsidir. 

Aktrisa Cennifer Eniston
Cenniferin fit bədən quruluşuna hər kəs həsəd aparır. Çox vaxt o varikoz damarlarından ayağında yaranmış görüntünü gizlədir. Onun da ayaq barmaqları deformasiyaya uğrayıb. Bu da hündürdaban ayaqqabıların təsirindəndir.

 

Aktrisa Penelope Kruz
Narahat ayaqqabılarla gəzdiyiniz zaman barmaqlarınız yerlə təmasını artırmaq üçün yayılmağa başlayır. Kruzun ayaqlarına baxın: nazik dabanlı ayaqqabı geyinmək ümumiyyələ məsləhət deyil.

Müğənni və dizayner Viktoria Bekhem
Çox arıq olan Vikoriyanın belə ayaqqabı geyinməsini hər zaman həkimlər pisləyib. O isə gözəl görünmək üçün ayaqlarını qurban verir.

Aktrisa Kameron Diaz
Aktrisa ömür boyu ayağının böyüklüyünə görə kompleksə düşüb. Çünki ölçüsü 40-dır. Bəzən o ayağının böyüklüyü bilinməsin deyə, kiçik ölçülü ayaqqabılar geyinirmiş. Bu da onun ayaqlarını deformasiya edib.