İkinci evliliyi ona baha başa gəldi

İkinci evliliyi ona baha başa gəldi
1135 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş model Demet Şener evliliyinin sarsıldığını və xəyanətə uğradığını bildirərək 2016-cı ildə basketbolçu İbrahim Kutluayla qalmaqallı şəkildə boşanıb.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, ayrılmaq üçün müraciət etdikləri məhkəmədə verilən qərara əsasən Kutluay Demetə 3 milyon lirə təzminatla yanaşı, Leventdə yerləşən 3 mərtəbəli lüks malikanəsini də verib. Lakin Şener bu evdə şərtlə yaşamlı idi. Belə ki, əgər bir gün kimləsə evlənsə, bu malikanədə yaşamaq hüququnu itirəcəkdi.

Ötən ilin yayında iş adamı Cenk Küpeli ilə ailə həyatı quran keçmiş model sözügedən evdə yaşamaq hüququndan məhrum olub. Hazırda Cenkdən də boşanan Demet lüks həyatını tamamilə itirib.