"Sevgililər günü"ndə evlənəcəklər

"Sevgililər günü"ndə evlənəcəklər
946 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl müğənni Sinan Akçıl və aktrisa Burcu Kıratlı ayrılığa son qoyaraq "şərtlə" barışıb. Onlar münasibətlərini davam etdirə bilmək üçün daha bir-birinin evinə köçməyəcəklərinə söz veriblər.

Axşam.az türk mediasına istinadən bildirir ki, gündəmdən düşməyən cütlük bu barışıqdan sonra evlənmək qərarına gəlib.

"Burcu mənim üçün bu həyatdakı ən dəyərli varlıqdır. Sonuna qədər sevgimin arxasındayam" deyən, Akçıl ikinci dəfə Burcuya evlilik təklifi edib. Kıratlı da keçmiş həyat yoldaşının bu təklifini qəbul edib.

Onların 14 fevralda, “Sevgililər günü”ndə ikinci dəfə nikah masasına əyləşəcəyi bildirilib.