Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva "Xəbər-ətər" proqramında deyib. Sənətçi şirniyyat biznesi olmasından danışıb. O bildirib ki, kafe açmaq istəyir.
Sevda pandemiya ərəfəsində istirahət etdiyini söyləyib:
"Əvvəl o qədər çalışırdıq ki, sağlamlığımıza fikir vermirdik. Pandemiyada bunun fərqinə vardım. İndi öz qayğıma qalıram".
İfaçı sosial şəbəkədə yazılan mənfi rəylərdən söz açıb:
"Təhqir yazanlar bekar insanlardır. Biz niyə kiməsə mənfi rəy yazmırıq? Hamının anası, balası var. Təhqir nəyə lazımdır? Bəyənmirsən, izləmə".