Covid-19-dan müalicə olunan limfoma xəstələrinin daha sonra bu xərçəng növündən xilas olduğu ortaya çıxıb.

Axşam.az xarici KİV-nə istinadən xəbər verir ki, xərçəngin limfoma növündən əziyyət çəkən bir qrup xəstə virusa yoluxan zaman müalicəsini dayandırıb və Covid-19-a qarşı müalicə almağa başlayıb. 4 aydan sonra onlarda limfoma xərçəng növünün yoxa çıxdığı aşkarlanıb.

Beləliklə, xəstələr koronavirusdan müalicə olunarkən limfoma xəstəliyindən də xilas olublar.

Bu xəstəlik üzərində araşdırma aparan alimlər bildirir ki, yoluxan şəxslərin müalicə dövründə immun sistemi güclənir və nəticədə limfoma hüceyrələri məhv olur.

Hazırda tədqiqatlar davam etdirilir. Koronavirusun digər xərçəng növlərindən əziyyət çəkən xəstələrə təsiri araşdırılır.



                 

Xəbər lenti