Azərbaycan müğənnilərinin çəkildiyi hindsayağı klip - video

Azərbaycan müğənnilərinin çəkildiyi hindsayağı klip - video
4057 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyevanın bir müddətdir hazırlanan “Om shanti om” adlı klipi təqdim olunub.

Axşam.az-ın məlumatına görə, sənətçi ekran işində məşhur hind aktyoru Şahrux Xanın rol aldığı bir filmdəki rəqs səhnəsinin təkrarını yaradıb. Məşhur simaları ətrafına toplayan rəqqasə onlarla birlikdə hind rəqsi oynayıb. Layihədə “Bu şəhərdə” teatrının aktyorları Coşqun Rəhimov və Rəfael İsgəndərov , əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Ramal İsrafilov, Emil Bədəlov, Roza Zərgərli, Nadir Qafarzadə, Sevda Yahyayeva, Xəyyam Nisanov, Aşıq Samirə, prodüser Tolik və digər tanınmışlar yer alıb.

Ekran işinin rejissoru Barış İşçidir. Klip ilk dəfə dünən rəqqasənin ad günündə təqdim olunub.