Boşanan cütlük arasında soyuq müharibə - video
Tanınmış sənətçilər ölkənin ən reytinqli maqazin verilişi "Onlar"da yenə maraqlı açıqlamalar verib.
Aprelin 6-də saat 18:45-də ATV telekanalında yayımlanacaq verilişin növbəti buraxılışında prodüser Tolikin müsahibəsi efirə gedəcək. O, “bu ölkənin bir Aygünü, bir də Röyası var” sözləriylə kimə acıq verdi?
Şou-biznesin aralarında soyuq müharibə olan boşanan cütlüyündən yeni açıqlamalar olacaq.
Röya nəyi etiraf etdi? O, açıqlamasında “biz bunu bacardıq” deyərkən nəyi nəzərdə tutub?
Türkiyəli müğənni Yusuf Güneylə özəl müsahibə bazar günü yayımlanacaq.
Müğənni Sevinc Ağaşirinova ailə həyatı ilə bağlı açıqlamalar verəcək.
Bakının qonağı olan Mustafa Sandalın konsertindən özəl görüntülər "Onlar"da yer alacaq.
Hansı məşhur oğlunu ilk dəfə üzə çıxardı?
Bütün bu sualların cavabı həftənin bazar günü saat 18:45-də "Onlar"da.
Qeyd edək ki, informasiya dəstəyini Axşam.az saytının etdiyi "Onlar"ın yaradıcı həyəti rejissor və aparıcı Afaq Gəncəli, montajor Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova və prodüser Tural Nəbiyevdən ibarətdir.