“Bu şəhərdə” komandası naxçıvanlıların qonağı olub.
Axşam.az-ın məlumatına görə, aprelin 5-i və 6-da baş tutan konsert anşlaqla keçib. Hər çıxışları alqışla qarşılanan aktyorlar Coşqun Rəhimov və Rəfael İsgəndərov tamaşaçılara gülüş dolu anlar yaşadıb. Gecədə əkiz bacılar Sevil və Sevinc də sevilən mahnılarını ifa ediblər. Bacılar konsertdən ağız dolusu danışırlar:
“Tamaşaçılar o qədər çox bəyənmişdi ki, alqışlardan qulaq tutulurdu. Biz konsertin ilk günü orda ola bilmədik. Rəfaellə Coşquna ikinci gün qoşulduq və mahnılarımızı tamaşaçılarla bölüşdük”.