Emil aparıcıya əsəbiləşdi: “Məqsədin ailəmi dağıtmaqdır?”

Emil aparıcıya əsəbiləşdi: “Məqsədin ailəmi dağıtmaqdır?”
4675 dəfə oxunub
  • A-
  • A
  • A+
“Space” telekanalında yayımlanan “Şou+” verilişinin bu həftəki buraxılışı da maraqlı süjetlərlə yadda qalacaq. Verilişin budəfəki qonağı müğənni Emil Bədəlov olacaq.

Axşam.azın məlumatına görə, sənətçi həmkarı Günay İbrahimli ilə bağlı sualları cavablandırıb. Hətta proqramda aparıcı ilə qonaq arasında xoşagəlməz insident də yaşanıb. Aparıcının dediklərinə əsəbiləşən Emil ona “Məqsədin ailəmi dağıtmaqdır” deyə sərt sual ünvanlayır.

Bütün bunlarla yanaşı "Şou+"un  aprelin 8-i saat 21:30-da efirə çıxacaq buraxılışında əməkdar artist Elza Seyidcahanın maraqlı görüntülərini də izləyə biləcəksiniz. Tural Ozanın aparıcılığı ilə nümayiş olunan "Şou+"un  informasiya dəstəyi Axşam.az saytıdır.