Brilliant Türkiyədə bunun sübutuna çalışdı -video

Brilliant Türkiyədə bunun sübutuna çalışdı -video
2954 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant  Dadaşova Türkiyədə TRT kanalının “Yenigün” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, verilişdə müğənni ilə yanaşı əməkdar artist, balaban ifaçısı Əlixan Səmədov da iştirak edib. Proqramda bir neçə xalq və bəstəkar mahnılarını ifa edən B.Dadaşovanın repertuarında diqqət çəkən məqamlardan biri “Qal sənə qurban” mahnısı olub. Türklərin anonim kimi  "Mavi boncuk" adıyla təqdim etdikləri bu bəstəni xalq artisti məhz azərbaycan dilində ifa edib, tamaşaçılara mahnı haqda məlumat verib.

Qeyd edək ki, Brilliant Dadaşova Türkiyə televiziya məkanında ilk çıxış edən müğənni olub.