Hər bir qadın sağlam və möhkəm saçlara sahib olmaq istəyir. Lakin bu bəzən gündəlik yaşayış şərtləri səbəbindən mümkün olmur. Gündə sadəcə bir neçə prosseduru həyata keçirməklə saçlarınızı daha sağlam və baxımlı edə bilərsiniz.
Axşam.az xarici KİV-ə istinadən, həmin qaydaları təqdim edir:
1.Təbii qidaları balanslı şəkildə qəbul edin
Parlaq saçlar daxildən düzgün qidalanma ilə başlayır. Buna görə də balanslı qida qəbul etdiyinizə mütləq əmin olmalısınız. Orqanizimdəki zülal miqdarı saçlar üçün keratin funksiyasını daşıyır. Zülalla zəngin qidaların istehlak edilməsi bədəndə təbii keratin istehsalını artırır.
2. Saçlarınızı isti suda və tez-tez yumaqdan çəkinin
3. Müəyyən saç maskalarından istifadə edin
4. Saçlarınız təbii yağlarla möhkəmləndirin
5.Şampun və saç kremini düzgün seçin
Cansız saçlarınızı yenidən möhkəm və parlaq etmək istəyirsinizsə, istifadə etdiyiniz şampunu və saç kremini düzgün seçməlisiniz. Aloe və ya keratin tərkibli məhsullar saçlar üçün daha faydalıdır.
Çünki saçın möhkəmliyini və uzanmasını təmin edir. Sağlam saçlar hər zaman daha parlaq görünür. Buna görə də düzgün və faydalı məhsullardan istifadə edərək saç tellərinizə düzgün qulluq etdiyinizə əmin olun.