Sənan “Bu saat”da aparıcılıq etdi – video
“Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin növbəti müğənni aparıcısı Sənan Əliyev olub.
Axşam.az-ın məlumatına görə, verilişin “Top 10” bölməsində kliplər tamaşaçılara onun şərhləri ilə təqdim olunub.
Sənanın təqdimatında “Bu saat”ın “Top 10” bölümünü aşağıdakı linkdən izləyə bilərsiniz: Qeyd edək ki, veriliş həftəiçi beş gün, saat 16:00-da yayımlanır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. "Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.