Sevdadan Minaya cavab – video
“Bu saat” verilişinin növbəti tanınmış aparıcısı müğənni Sevda Sanəliyeva olub.
Axşam.az-ın məlumatına görə, keçən həftə “Tol 10”luqda birinci yeri tutan Sevda, ötən verilişin aparıcılarından da danışıb. Müğənni onun liderliyini elan edən Sənan Əliyevə minnətdarlığını bildirib. Bir çox maraqlı məqamların yaşandığı efirdə S.Sanəliyeva, verilişin ilk aparıcısı Minanın onun haqqında dediyi “Sevda depressiyadadır. Çünki “Top 10”luqda lider olmayıb” sözlərinə cavab verib:
“Minaya demək istəyirəm ki, həftənin lideriyəm. Ona görə də depressiyam yoxdur”.
Verilişin tam versiyasına aşağıdakı linkdən baxa bilərsiniz.
Qeyd edək ki, veriliş həftəiçi beş gün, saat 16:00-da yayımlanır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. "Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.