Evdən çıxan 7 COVID-19 xəstəsi saxlanıldı

Evdən çıxan 7 COVID-19 xəstəsi saxlanıldı
244 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar.

Axşam.az DİN Mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Onlardan Gəncə şəhər sakini R.Sadıqov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.