Ev geyimi müzakirələrə səbəb oldu - Foto

Ev geyimi müzakirələrə səbəb oldu - Foto
3230 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Hande Erçel yeni paylaşımı ilə diqqət çəkib.

Axşam.az türk mediasına istinadən bildirir ki, son zamanlar tez-tez şəxsi həyatı ilə gündəmə gələn Hande, bu dəfə bahalı ev geyimi ilə müzakirələrə səbəb olub.

Güllərin fonunda böyük güzgü qarşısında foto çəkdirən aktrisa onu İnstaqram hesabının hekayə bölümündə yayımlayıb.

Handenin bu paylaşımı istifadəçilərin müzakirə obyektinə çevrilib. Buna səbəb aktrisanın ev geyiminin bahalı olmasıdır. Erçelin əynindəki libasın ümumilikdə dəyəri 1167 lirədir. (243 manat) .