Bu vaksinin istifadəsi qadağan edildi

Bu vaksinin istifadəsi qadağan edildi
2385 dəfə oxunub
  • A-
  • A
  • A+

İtalyada koronavirus əleyhinə vurulan “Johnson & Johnson” peyvəndinin istifadəsi qadağan edilib.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, buna səbəb vaksin vurulan bir çox şəxslərdə qan laxtalanması baş verməsidir. Buna görə də ölkəyə gətirilən 184 min doza peyvənd daha istifadə olunmayacaq.

İtaliyada qadağan olunmasına baxmayaraq, Amerikaya məxsus “Johnson & Johnson” vaksininin tətbiqi Belçika və Fransa kimi ölkələrdə davam etdirilir.

Qeyd edək ki, sözügedən peyvəndi İtaliya həkimləri 60 yaşdan yuxarı şəxslərin vaksinasiyası üçün nəzərdə tutub.