Nigar efirdə ona evlilik təklif edən hərbçiylə nişanlandı - Fotolar

Nigar efirdə ona evlilik təklif edən hərbçiylə nişanlandı - Fotolar
14679 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Nigar Şabanova efirdə ona evlilik təklif edən hərbçiylə nişanlanıb.

Axşam.az xəbər verir ki, müğənni bu gün "hə" mərasimlərinin olduğunu bildirib. Evdə baş tutan məclisdən fotonu Nigar sosial şəbəkədə yayımlayıb.

"Aylardır hamının sualının cavabını bu gün deyim: hərbçimizə bu gün "hə" dedim. Xüsusi təyinatlı qüvvələrinin giziri, həyatıma xoş gəldin. Hər kəs bilir ki, XTQ şəklini paylaşmağa icazə yoxdur. Nazlı qayınanam İlhamə ana ilə şəklini paylaşıram. İnşallah, toy şəklimizdə görünər. Hərbçi xanımları, artıq mən də sizin sıranızdayam. Allah bizlərə bitməz, tükənməz sevgi və güc versin" deyə, Nigar bildirib.

Qeyd edək ki, ifaçı "Həmin Zaur" proqramında qonaq olarkən efirə zəng edən həbçi ona evlilik təklifi etmişdi.