Anar Kərimov 36 il sonra yenidən İsa bulağında - Fotolar

Anar Kərimov 36 il sonra yenidən İsa bulağında - Fotolar
1476 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Anar Kərimov Şuşaya səfəri zamanı çəkdirdiyi şəkli uşaqlıq fotosu ilə birgə Tvitter səhifəsində paylaşıb.

Axşam.az xəbər verir ki, A.Kərimov şəkillər arasında 36 il fərq olduğunu bildirib:

“İlk dəfə Şuşanı gəzəndə uşaq idim və gözəlliyi məni sonsuz heyrətləndirmişdi. Yenidən burada olmaq və 36 illik ayrılıqdan sonra müqəddəs İsa bulağından su içmək necə də xoşdur! Şuşa həmişə kimliyimizin və mədəniyyətimizin nişanəsi olaraq qəlbimizdə qaldı”.