Demet Akalın Samirəylə duet oxuyacaq - Video

Demet Akalın Samirəylə duet oxuyacaq - Video
2992 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Demet Akalın bu il Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi ilə duet oxuyacaq.

Axşam.az xəbər verir ki, bu barədə beynəlxalq mahnı müsabiqəsində Samirənin saç və makiyajı üzərində çalışan məşhur stilist Anar Ağakişiyev "10-da görüşək" proqramında danışıb. O, azərbaycanlı müğənninin Türkiyənin bir neçə meqastarı ilə iş birliyinin olacağını bildirib.

Qeyd edək ki, Demet Akalın "Eurovision 2021"in final mərhələsində xaricdə yaşayan dostlarından Samirə Əfəndi üçün səs istəmişdi.