"Hələ də kirayədə yaşayıram" - Video

"Hələ də kirayədə yaşayıram" - Video
1424 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Rühəngiz Allahverdiyeva evi olmamasından gileylənib.

Axşam.az xəbər verir ki, müğənni hazırda kirayədə yaşadığını bildirib. O qeyd edib ki, həyat yoldaşı da onun qədər pul qazanmır:

"Hazırda bina evində qalıram. Özü də kirayədəyəm. Qazanıb uşaqlarımı oxudub, özümü geyindirmişəm. Ürəyim açıqdır, çoxuna çox şey etmişəm. Biri deyib telefonum yoxdur almışam, birinin borcu olub ödəmişəm. Bir ara səsim batdı, toylara getmədim. Həyat yoldaşım mənim qədər qazanmır. Hansı müğənninin həyat yoldaşı ondan çox qazanır? Həyat yoldaşları olsun ki, qazansınlar da".