"Dörd ildən bir ev dəyişdirmək vərdişimdir"

"Dörd ildən bir ev dəyişdirmək vərdişimdir"
1026 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Nilpəri Şahinkaya "İbrahim Selim ile bu gece" proqramında maraqlı açıqlamalar edib.

Axşam.az xəbər verir ki, aktrisa 4 ildən bir evini dəyişdirdiyini deyib:

"Atam səfir olduğu üçün 4 ildən bir ölkə dəyişdirirdik. O illərdən qalan vərdişdir, 4 ildən bir evimi dəyişdirirəm. 4-cü ildə ev üstümə gəlməyə başlayır".

Nilpəri Şahinkaya hər şeyi planlı olaraq həyata keçirdiyini bildirib:

"Birdən baş verən hadisələr qarşısında narahat oluram. Həyatı axışına buraxa bilmirəm. Məsələn, evdəyəm və heç bir işim yoxdur. Bir dostum yaxın yerdə olduğunu və qəhvə içmək istədiyini dedi. Anidən verilən qərar olduğu üçün görüşə bilmirəm. Hər şeyi bir neçə gün öncədən planlayıram. Özümü ona hazırlayıram".