Pasxa adasındakı heykəllər yox ola bilər

Pasxa adasındakı heykəllər yox ola bilər
806 dəfə oxunub
  • A-
  • A
  • A+

Pasxa adasındakı Moai heykəlləri iqlim dəyişikliyinin təsirləri səbəbindən yox ola bilər.

Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Mütəxəssislərin fikrincə, heykəllərin üzləri tədricən öz orijinal xüsusiyyətlərini, o cümlədən burun kəsiklərini və göz yuvalarını itirib. Bir vaxtlar qabağa çıxan qollar indi bədənin içərisinə doğru yastılaşıb.

Adanın arxeoloji ərazilərinə nəzarət edənlər onların qaya eroziyasına görə yox olduğunu bildiriblər. Son 30 ildə adada yağıntıların əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

Mütəxəssislər hazırda zədələnmiş Moailəri liken və mamırdan təmizləməklə daşı gücləndirmək üçün xüsusi müalicələr edirlər.

Qeyd edək ki, Pasxa adasında günümüzədək sirri açılmayan heykəllər var. Onların miladdan sonra 1000–1600-cü illərdə inşa edildiyi nəzərdə tutulur. Deyilənə görə, yerlilər bu heykəllər vasitəsilə ruhlarla dialoqlar aparıblar. Onlardan ən uzunu təxmini 10 metr hündürlüyündə və 82 ton ağırlığındadır.