Ərsoyun istədiyi çantanı almaq üçün Fransa və Dubaya getdi

Ərsoyun istədiyi çantanı almaq üçün Fransa və Dubaya getdi
1363 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Bülənt Ərsoy Türkiyədə olmayan "Fendi" brendinin iki çantasını almaq üçün Nitsa və Dubaya yollanıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı iki çanta bəyənib. Onları Türkiyədə tapa bilməyəndə isə sərhədləri aşmaq qərarına gəlib.

Ərsoy "Fendi"nin "Peekabo Iconic" modelini bəyənib. Ona çantaları əldə etməkdə dostu Ebru Erten yardım edib. Ebru əvvəlcə Fransaya uçaraq Nitsa şəhərindən müğənninin bəyəndiyi çantanı alıb. Daha sonra isə Dubaya üz tutub.

Aksessuarlardan biri 7 min 800, digəri isə 15 min 600 dollardır. İfaçı çantalara birlikdə 23 min 400 dollar ödəyib.