Çingiz Qacar vəfat etdi

Çingiz Qacar vəfat etdi
1127 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar bu gün vəfat edib.

Axşam.az xəbər verir ki, alim 92 yaşında dünyasını dəyişib.

Ç.Qacar bu gün günorta saatlarında II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Oveys oğlu Qacar ilk dəfə öyrənilən molekulların energetik sistemlərində üç-dörd qatlı fırlanan fırlanan titrəyişli ikiqat radiodalğa və mikrodalğa tezlikli RD-MD kvant rezonanslarını tədqiq edib.1990-cı ildə Azərbaycan SSR Əməkdar elm xadimi, 2004-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni və 2014-cü ildə Nəsrəddin Tusi adına mükafata layiq görülüb.

Ç.Qacar 2009-2012-ci illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb. Ölümünə qədər həmin müəssisənin Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri olub.