Toyla bağlı suallara əsəbiləşdi

Toyla bağlı suallara əsəbiləşdi
825 dəfə oxunub
  • A-
  • A
  • A+
Tez-tez küsüb, barışan məşhur cütlük Çağatay Ulusoy və Duyğu Sarışının evlənəcəkləri ilə bağlı iddialar yenidən gündəmə gəlib. 

Axşam.az xəbər verir ki, İstanbulun Nişantaşı səmtində məkanların birində görüntülənən Sarışın jurnalistlərin davamlı olaraq soruşduğu suala əsəbiləşib:

"Haradasa 5 ildir çox gözəl gedən münasibətim varkən, bugünkü kimi yalan xəbərləri gündəmə gətirib yenidən sual verirsiniz. Üstəlik bundan əminmişsiniz kimi üslub göstərib informasiyanı idarə etməyə çalışmağınız yoxdur? Çox kədərlidir... Məqsədiniz nədir? Başa düşə bilmirəm, buraxın bizi".