Tünzalə və Lalədən Türkiyəyə yardım - Video

Tünzalə və Lalədən Türkiyəyə yardım - Video
4478 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Tünzalə Ağayeva güclü yanğından əziyyət çəkən Türkiyəyə yardım edib.

Axşam.az xəbər verir ki, müğənni məhv olan meşələrin yenidən canlandırılması üçün 100 fidan bağışladığını açıqlayıb.

"Qardaş Türkiyəmizdə yanğın hadisəsi hər birimizi üzür. Orada meşələr, burada canımız yanır. Yanğını söndürməyə çalışanlara Allah güc versin. Uzaqdan bu yanğına mane olmaq mümkün deyil. Amma yaxşı bir #challenge qoşuluram. Meşələrin yenidən canlanması üçün 100 fidan da mən hədiyyə edirəm. Bu estafeti Zamiq Hüseynov, Abbas Bağırov və Murad Arifə ötürürəm" deyə, Ağayeva bildirib.

Ağayevadan sonra aparıcı Lalə Azərtaş da Türkiyəyə 100 fidan bağışlayacağını bildirib. "Türkiyə bizim evimizdir, canımızdır. Canımız, evimiz yanır. Günahkar cəzasını alacaq. Yanan meşələri bərpa etməliyik. Mən də yüz fidan göndərəcəm" deyə, aparıcı bildirib. 

Qeyd edək ki, T.Ağayevanın da Bodrumda evi var.