Sarıköklə dərini gözəlləşdirin

Sarıköklə dərini gözəlləşdirin
1885 dəfə oxunub
  • A-
  • A
  • A+

Mətbəxdə çox istifadə olunan sarıkökün gözəllik üçün xeyirli vasitələri də az deyil. Evdə hazırlanan maskalarda ən çox istifadə edə biləcəyiniz ədviyyatdır.

Axşam.az xəbər verir ki, bu ədviyyət bir çox dəri problemlərinin qarşısını alır. Dərini gözəlləşdirməklə yanaşı, müalicə edib bir çox problemi aradan qaldırır.

Ən əsası isə onu dəri ağartmaq üçün istifadə edə bilərsiniz. Zəngin antioksidant və antibakteriya özəllikləri var.

Dəridəki sızanaq köklərini qurudur. Bəzir ləkələri aradan qaldırır.

2 xörək qaşığı un və ya qarğıdalı nişastası götürüb üzərinə 1 çay qaşığı bal və sarıkök tökün. Qarışdırıb üzünüzə çəkin və 15 dəqiqə saxladıqdan sonra yuyun. Həftədə 2 dəfə maskanı təkrarlaya bilərsiniz.

Bir az badam və ya düyü unu götürüb sarıköklə qarışdırıb üzünüzə çəkin. Bu, üzdəki ölü dərini yox edəcək.