Bunları yeyib həm sağlam, həm də arıq qalın

Bunları yeyib həm sağlam, həm də arıq qalın
1613 dəfə oxunub
  • A-
  • A
  • A+

Son vaxtla insanlar evdə çox vaxt keçirirlər. Buna görə də çox yeyib, artıq çəki almaq hallarına tez-tez rast gəlinir. Hərəkətsiz qaldıqda, sağlam qidalanmaq lazımdır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, evdə oturan zaman ürəyiniz çox yemək istəyirsə, çalışın yüngül vasitələrlə iştahınızı öldürün.

Tərkibində lif olan qidalara üstünlük vermək lazımdır. Bu cür qidalar artıq çəkidən xilas etməklə yanaşı, bir çox xəstəlikləri də aradan qaldıracaq. Eyni zamanda xolesterini də azaldır. Orqanizmdə yağı parçalayır. Eyni zamanda ürək problemlərini 9 faiz azaldır.

Hər gün 7 qram lifli qidalar yemək insult keçirmə riskini 7 faiz azaldır. Eyni zamanda qarışıq pəhriz yeməkləri əvəzinə, çalışın lifli vasitələrə üstünlük verin.

Bəs lif hansı qidaların tərkibində var?

Yaşıl fıstıq, badam liflə zəngindir. Portağal meyvəsi və əncir qurusu da sizin sağlam arıqlamağınıza yardım edəcək. Kako, enginar, bulqur, qarğıdalı, şirin kartof, yulaf, brokolli, banan tərkibi liflə zəngin olanlardandır. Nar, alma, lobya da pəhriz siyahınızda mütləq yer almalıdır. Avakado isə arıqlayan zaman orqanizminizdən itən vitaminləri geri qaytaracaq.