Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi
1754 dəfə oxunub
  • A-
  • A
  • A+
“Kanal D”də yayımlanan “Camdaki kız” serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilər bu səhnəni bir zamanların məşhur serialı "Aşkı Memnu"dakı kadrlara oxşadıblar. Feride obrazı Bihter və Behlülün gizli eşqini kameraya çəkən "mobese Beşir"lə eyni tutulub.

"Mobese Beşirdən sonra mobese Feride", "Oxşar işlər", "Hə, indi başa düşdüm, camdakı qız Feride imiş", "Bunlar eyni kişi ola bilər" kimi şərhlərlə hər iki ekran işinin fotoları birləşdirilərək həştəqlərlə paylaşılıb.