Dünyanın ən məşhur brendləri ondan imtina etdi

Dünyanın ən məşhur brendləri ondan imtina etdi
1089 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən məşhur brendləri olan "Gucci", "Yves Saint Laurent" və "Bottega Veneta" yeni qərar alıb. Onlar bundan sonra kolleksiyalarında təbii xəzdən istifadə etməyəcək.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, payız kolleksiyasından tutmuş 2022-ci il üçün hazırlanan heç bir geyimdə xəz olmayacaq.

Brendlərin daxil olduğu şirkətin baş direktoru Fransua-Anri Pino bu addımı heyvanların müadifəsi üçün atdıqlarını bildirib. O bildirib ki, əgər söhbət heyvanlardan gedirsə, onlar hər bir işdə öndə dayanmağa hazırdırlar.

"Daha bir addım atmağın və xəzdən istifadə etməyə son qoymağın vaxtı gəldi" deyə, Pino əlavə edib.

Qedy edək ki, bundan əvvəl kraliça II Yelizaveta da təbbi dəridən imtina etdiyini açıqlamışdı.