Karantin qaydalarını pozan çay evi aşkarlandı

Karantin qaydalarını pozan çay evi aşkarlandı
187 dəfə oxunub
  • A-
  • A
  • A+

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Axşam.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Ramazan Cəlilova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilmişdir.

Ümumilikdə bir neçə nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.