Rusiyanın məşhur modelyeri, bir vaxtlar Azərbaycanda da tanınmışların çalışdığı Valentin Yudaşkin hazırda həyatının ən ağır günlərini yaşayır.
Axşam.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən 57 yaşlı modelyerin səhhəti getdikcə pisləşir. Bədxassəli şiş aşkarlanan Yudaşkinin bundan əvvəl əməliyyatla bir böyrəyi və ağciyərinin bir hissəsi kəsilib. Hazırda isə onun kimyaterapiyaları davam edir. Belə ki, şiş metastaz verərək onun beyninə də yayılıb.
Bu günlərdə yeni fotosunu sosial şəbəkədə yayımlayan modelyer başını qara parça ilə bağlayıb və papaq qoyub. Onun bu görüntüsü müzakirələrə səbəb olub. Sevənləri və dostları "Yudaşkin gözümüzün önündə məhv olur" kimi şərhlər yazılıb.
Yudaşkinin moda evini isə qızı Qalina Yudaşkinə idarə etmək qərarına gəlib. "Bu işi davam etdirmək lazımdır. Şirkəti idarə etməliyəm. Atamın yardıma ehtiyacı var" deyə, modleyerin varisi söyləyib.
"Şiş çox akresiv və zəhərlidir. Orqanizm gücünü hər gün daha da itirir. Buna görə də kimyaterapiya davam etməlidir - ya şiş itəcək, ya da orqanizm məhv olacaq. Onun sağalması bir möcüzədir" deyə, Yudaşkinin həkimi açıqlamasında deyib.
Qeyd edək ki, Valentin Yudaşkinin kolleksiyasına azərbaycanlı məşhurlar da dəfələrlə müraciət edib. Onlardan biri də Xalq artisti Aygün Kazımova olub.