Meqan güzgü xəstəliyindən əziyyət çəkir

Meqan güzgü xəstəliyindən əziyyət çəkir
1345 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktrisa, model Meqan Foks sevgilisi repçi Kolson Beykerlə "GQ Style" jurnalına müsahibə verib.

Axşam.az xəbər verir ki, cütlük ilk dəfə münasibətlərindən danışıb.

"Heç kim münasibətimizdə problem olmadığını düşünməsin, bizim də özümüzə görə mübarizələrimiz var" - deyə, aralarındakı əlaqəni şərh ediblər.

35 yaşlı model dismorfofobiyası olduğunu və həyatına mənfi təsir göstərdiyini etiraf edib:

"Düzü, bu xəstəlik səbəbindən özüməinamsızlıq yaşayıram".

Repçi Kolson da öz növbəsində uşaqlıqda yaşadığı problemlər və narkotik asılılığı səbəbi ilə post-travmatik stress pozğunluğu olduğunu açıqlayıb.

Qeyd edək ki, dismorfofobiya və ya digər bir adı ilə güzgü xəstəliyi, hər hansı şəxsdə var olan, amma onun düşündüyü qədər gözə batmayan qüsurların həmin şəxs tərəfindən kifayət qədər çox şişirdilməsidir.