İşçilərinin ayaqqabısını özü alır

İşçilərinin ayaqqabısını özü alır
1291 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk mediası müğənni Ebru Gündeşlə bağlı maraqlı faktlar yayımlayıb.

Axşam.az xəbər verir ki, ifaçının səhnə fəaliyyətinə Emel Sayına vokal edərək başladığı bildirilib. 1993-cü ildə ilk albomunu təqdim edən Gündeş 1990-cı illərdə Sayının vokalçısı olub.

Üç dəfə ailə quran Gündeş ilk dəfə 16 yaşında ərə gedib. 1990-cı ildə Hamdi Vardarla ailə qurub, 1993-cü ildə boşanıb. Gündeş ikinci dəfə vəkil Ömer Durakla 2002-ci ildə nikah masasına oturub. Sonuncu dəfə isə Ebru 2010-cu ildə Reza Zarrabla ailə qurub.

Ebru evində insanların şəpitlə gəzməsinə qadağa qoyub. O, evində işləyənlərin ilk olaraq ayaqqabı ölçülərini alır. Ebru bir idman markasının ayaqqabılarını işçilərinə alır və onunla gəzmələrini tələb edir.

Kanlıca səmtində yaşayan ifaçı oradakı bələdiyyə işçilərinə həftədə bir dəfə səhər yeməyi qonaqlığı verir.