Ayaqlarınızın qayğısına qalın...
Gün ərzində bədənin bütün ağırlığı ayaqlara düşür və vücudumuzun 50-90 kq-lıq yükünü, təxminən, 10 kiloqramlıq ayaqlar daşıyır. Odur ki, bədənimizin ən vacib orqanlarından biri olan ayaqları lazımınca qoruyub, onlara qulluq etmək lazımdır.
Axşam.az saytı xarici mətbuata istinadən ayaqlara qulluq vasitələri təqdim edir:
Ayaqlar üçün... pəhriz
Ayaq damarlarınızın elastik, əzələlərinizin möhkəm və sağlam olması üçün qida rasionunuza A və C vitaminli qidalar daxil edin: kök, yaşıl soğan, şirin bolqar bibəri, kahı, kələm, mal ciyəri, süd, kərə yağı, portağal və limon.
Tonuslaşdırıcı vannalar
Hər gün yatmazdan əvvəl ayaqlarınızı sabunla yuyun. 3 litr ilıq suya dəniz, və ya xörək duzu əlavə edib, ayaqları 15-20 dəqiqə vanna edin. Sonda onları soyuq su ilə yaxalayın.
Hazırladığınız vannaya nanə, evkalipt və çobanyastığı dəmləmələrini əlavə etsəniz, ayaqlarınızı rahatladıb, yorğunluğunu götürər.
Ayaqları əvvəl isti, sonra soyuq su ilə kontrastlı vanna edib, proseduru 8-10 dəfə təkrarlayın. İsti suya gicitkən və çobanyastığı dəmləsi əlavə etmək olar.
Müalicəvi vannalar
1 xörək qaşığı gülümbahar gülünün (kalendula) dəmləməsini 1 litr suda həll edib, ayaqlarınızı vanna edin. Məhlul ayaqda olan yaraları sağaldacaq. İsti suya xardal tozu əlavə edin, suyu soyumağa qoymayın. Vannadan sonra ayaqları qurulayıb, yun corab geyinib, yatağa uzanmaq lazımdır. Bu prosedur soyuqdəyməni götürür.
Ayaq tərləyirsə...
Ayaqlar tərlədikdə onları bakteriasid əlavələri (məsələn, formalin) olan sabunla yumaq lazımdır. Statistikaya əsasən qadın gündə 6000-8000 addım atır. Ayaqların sağlam olması üçün dabanı 3-5 sm. hündür olan ayaqqabı geyinmək məsləhətdir. Hündürdaban ayaqqabı barmaqları deformasiya edir. Evdə 1-2 saat ayaqqabısız və corabsız gəzmək xeyirlidir. Kapron corablar ayaqlarda qan dövranını zəiflədir. Ayağı ayağın üstünə aşırıb oturmaq ziyandır. Bu zaman ayaq damarlarında tıxac yaranır və qan dövranı zəifləyir. Dizlərin qurumuş dərisini limon şirəsi ilə silmək xeyirlidir.