Bu qışın ən dəbli manikür rəngləri

Bu qışın ən dəbli manikür rəngləri
2867 dəfə oxunub
  • A-
  • A
  • A+

Mövsüm dəyişdikcə, qarderobumuzdakı geyimlər kimi makiyaj tərzimiz və dırnaq boyamızın rəngi də dəyişir. Hər il bir fərqli rənglər aktual olur.

Axşam.az xəbər verir ki, dəbsevərlər 2021-2022-ci illərdə dırnaq boyalarında ən çox istifadə oluna biləcək rəngləri açıqlayıblar.

Tünd göy rəngdən qaranı sevənlər çox istifadə edə bilər. Bu rəng əllərinizi daha bəyaz göstərəcək.

Açıq rəngi sevənlər üçün bu il bej tonlar məsləhət görülür. çalışın bu tonlarda fərqli modellərdə dırnaqlar etdirin.

Daha rəngli görünmək istəyənlər isə yaşıl rəngi seçsin. Bu qışın ən dəbli rəngləri arasında yaşıl ilk sıralardadır.

Əgər yayın ab-havasından çıxmaq istəmirsinizsə, onda hardal rəngindən istifadə edin.

Qırmızı hər mövsüm olduğu kimi bu ilin də dəbli rəngləri sırasındadır.

Manikürünüzdə tünd qəhvəyi rəngə də yer verə bilərsiniz. 

Nude rənglər hər zamankı kimi 2021-2022-ci ilin qış mövsümündə aktuallığını qoruyub saxlayır.