Bu qışın ən dəbli üst geyimləri - Fotolar

Bu qışın ən dəbli üst geyimləri - Fotolar
3393 dəfə oxunub
  • A-
  • A
  • A+

Dizaynerlər bu dəfə 2022-ci ilin qış ayı üçün ən dəbli üst geyimləri rəngləri açıqlayıb.

Axşam.az xəbər verir ki, digər illərə nisbətən bu dəfə daha əlvan rənglər dəb olacaq:

Tünd mavi - bəzən qara rəngdən çıxıb, risk etməyə dəyər. Payızda ən dəbli rənglər sırasında yer alan mavi soyuq qışda da aktual olacaq.

- təkcə yayda istifadə edəcəyiniz rəng deyil. Qışın soyuğunda da bu rəngdən istifadə edin.

 

Açıq yaşıl rəng kompleksi olmayan üçün əla seçimdir. Əhvalınızı açacaq, sizi daha dəbli göstərəcək rənglər sırasında ilk yerdədir.

 

Çəhrayı - rəng daim pozitiv olanların seçimidir. Bu qış dizaynerlər təkcə gödəkcə yox, çəhrayı paltoların da aktual olacağını bildirib.

Bej - rəng artıq bir neçə ildir ki, yayda olduğu kimi qışda da kolleksiyaların sırasında yer alır. Demək olar ki, hər brendin kolleksiyasında bu rəngə rast gəlinir.

Qırmızı - qışın ən çox seviləcək rəngidir. Onu bütün geyim tərzi ilə uyğunlaşdıra bilərsiniz.