2022-ci ildə dəbdə olacaq geyimlər və rənglər

2022-ci ildə dəbdə olacaq geyimlər və rənglər
9575 dəfə oxunub
  • A-
  • A
  • A+

Son zamanlar boş geyimlər üstünlük təşkil etsə də məşhur brendlərin kolleksiyaları növbəti il üçün fərqli proqnozlar verir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ildə daha çox qısa, dar və dekolteli paltarlara tələbat artacaq. “Oversize” modellərin yerini mikro geyimlər əvəz edəcək.

Bir neçə həftədən sonra başlayacaq olan ildə 2000-ci illərdə dəbdə olan aşağı belli şalvarlar daha çox görünəcək. Bu şalvarlar göbəyi açıq buraxan köynək və bluzlarla tamamlanacaq. Alt paltarı gizlətməməyə, pencək altından görünən büsqalterlər geyinməyə üstünlük veriləcək.

Mini cins şortlar növbəti ilin yayında da trenddə olacaq.

2022-ci ilin rəng trendləri də artıq müəyyənləşib. "VGSN" şirkətinin proqnozları artıq moda evləri tərəfindən tətbiq olunmağa başlayıb.

Çəhrayı rəng

Önə çıxması gözlənilən canlı çəhrayı rəng xüsusilə çimərlik paltarlarında və gecə geyimlərində istifadə olunacaq.

Zeytun rəngi

Əsasən işgüzar görüşlərdə, ayaqqabı və aksesuar seçimində öndə olacaq.

Sarı rəng

Daha çox yay ayalarında görünməsi proqnozlaşdırılan bu rəng əsasən aksesuarlarda öz əksini tapacaq.

Mango rəngi

Parlaq narıncı və sarıdan ibarət olan bu çalar dəniz geyimləri və idman geyimlərində ön plana çıxacaq.

Mavi rəng

İşgüzar görüşlərdə və dəvətlərdə bu rəngə üstünlük verməyiniz sizin dəb haqqında bilginizi nümayiş etdirəcək.