2022-ci ilin rəngi açıqlandı

2022-ci ilin rəngi açıqlandı
4317 dəfə oxunub
  • A-
  • A
  • A+

“Pantone” şirkəti 2022-ci ilin rəngini açıqlayıb.

Axşam.az xəbər verir ki, gələn ilin rəngi bənövşəyi və qırmızının alt tonu olan mavi olaraq müəyyən edilib. "Very Peri 17-3938" adlı ton ilk dəfə hansısa rəng müəyyən edilərkən mövcud olan çalarlar arasından seçilməyib, yeni yaradılıb.

Bu çalar qlobal transformasiya və innovasiyaları özündə əks etdirir. Bu rəng ünsiyyətə, ideya və emosiyalara təsir edərək qarşıda duran nəhəng imkanları vurğulayır.

Xatırladaq ki, 2021-ci ilin rəngləri sarı və boz idi.

Qeyd edək ki, 1950-ci ildə Nyu-Yorkda qurulan “Pantone” şirkəti 2000-ci ildən bəri Panton Rəng İnstitutu vasitəsiylə ilin rəngini müəyyənləşdirir.