Məmurlar film təqdimatında xanımları ilə - Fotolar

Məmurlar film təqdimatında xanımları ilə - Fotolar
5528 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar elm xadimi, mərhum yazıçı Mir Cəlal Paşayevin hekayələrinin motivləri əsasında çəkilən "Nazik mətləb" filminin qala gecəsi maraqlı anlarla yadda qalıb.

Axşam.az xəbər verir ki, Nizami Kino Mərkəzində gerçəkləşən gecəyə incəsənət nümayəndələri ilə yanaşı, dövlət məmurları da qatılıblar.

Məmurlar film təqdimatına xanımları ilə birlikdə gəliblər. Onlar arasında sabiq baş nazir Novruz Məmmədov, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və müdafiə sənayesi naziri Mədət Quliyev yer alıb. Milli Məclisin deputatı Jalə Əliyeva da tədbirdə iştirak edib.