"7 canlı" niyə yarımçıq dayandırıldı? - Açıqlama

"7 canlı" niyə yarımçıq dayandırıldı? - Açıqlama
33371 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Vüsalə Əlizadənin aparıcılıq etdiyi "7 canlı" proqramının yayımı ötən gün yarımçıq dayandırılıb.

Məsələ ilə bağlı ATV kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Axşam.az-a açıqlama verib.

O bildirib ki, proqramın yarımçıq dayandırılmasına səbəb texniki problem olub:

"Texniki problemlə bağlı bu cür addım atılıb. Sözügedən veriliş yenidən yayımlanacaq".

Proqramda qonaq olan Təranə Qumral, Musa Musayev cütlüyü də bunla bağlı açıqlama yayıb. "ATV kanalında yayımlanan veriliş texniki səbəbdən canlı yayımlanmadı. Amma çəkildi. Nə zaman efirə gedəcəyini bölüşəcəm" deyə, onlar vurğulayıblar.

Qeyd edək ki, ötən gün sözügedən buraxılışda Təranə və Musa cütlüyü qızları Sevgim və Qumralla birlikdə qonaq olublar. Proqramın 21-ci dəqiqəsindən sonra yayım kəsilib.