Azərbaycanı "Avroviziya"da o təmsil edəcək

Azərbaycanı "Avroviziya"da o təmsil edəcək
1244 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanı “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsində kimin təmsil edəcəyi açıqlanıb.

Axşam.az xəbər verir ki, bu il yarışmada ölkəmizi “Səs Azərbaycan” vokal layihəsinin ikinci mövsümünün qalibi Nadir Rüstəmli təmsil edəcək.

Bu barədə İTV-nin səhər proqramında məlumat verilib.

Qeyd edək ki, yarışma mayın 10-dan 14-nə qədər İtaliyanın Turin şəhərində keçiriləcək. 

Xatırladaq ki, Nadir Rüstəmli "Səs Azərbaycan" yarışmasında "Avroviziya 2011" qalibi Eldar Qasımovun tələbəsi idi.