Bu brendlər Rusiyada satışı dayandırdı

Bu brendlər Rusiyada satışı dayandırdı
2467 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gündən etibarən bir çox lüks pərakəndə satış platformaları Rusiya ilə əməkdaşlığı dayandırıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, növbəti sanksiya "ASOS" onlayn satış platformasından gəlib. Hazırda Rusiyada olan vətəndaşlar platformadan hər hansı əşya sifariş etmək imkanına sahib deyil.

Ukraynadakı mövcud vəziyyətə dəstək olaraq Rusiya ilə əməkdaşlığı dayandıran digər bir şirkət isə "Nike" brendidir.  Artıq Rusiyada brendin rəsmi saytından sifariş vermək mümkün deyil.

Həmçinin "Farfetch", "Burberry", "Mytheresa", "Matchesfashion", "Golden Goose" də Rusiyadan onlayn sifarişləri və çatdırılmaları ləğv edib. Bu siyahıda "Net-a-Porter", "Yoox", "The Outnet", "IHerb" brendlərinin adı da var.

Qeyd edək ki, daha əvvəl yayımlanan açıqlamalarda "Balenciaga", "Apple" və "H&M Group" Ukraynaya dəstək olduqlarını bildirib.