Onlar da Rusiyadakı mağazalarını bağladılar

Onlar da Rusiyadakı mağazalarını bağladılar
2409 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın məşhur brendlərinin Rusiyadakı mağazalarını bağlaması davaç edir.

Axşam.az xəbər verir ki, bu dəfə siyahıya LVMH tərkibinə daxil olan Louis Vuitton, Dior, Fendi, Givenchy mağazalarını, eləcə də Kering, Chanel Rusiyada fəaliyyətini dayandırıb.

Şirkətlərin cavabdeh şəxsləri bildirib ki, həmin yerlərdə çalışan işçilər maaş almağa davam edəcək. 

Rusiyadakı sanksiyalara qatılanlar arasında "Inditex" şirkətinin tərkibindəki "Zara", "Massimo Dutti", "Bershka", "Pull & Bear", "Oysho", "Stradivarius", "Zara Home", "Uterqüe" yer alıb. Sözügedən mağazalardan həm satış, həm də onlayn alış-veriş bağlanıb. 

Qeyd edək ki, bundan əvvəl Kering şirkəti tərkibinə daxil olan "Gucci", "Balenciaga" və "Saint Laurent" mağazasını bağlayıb. "Farfetch", "Burberry", "Mytheresa", "Matchesfashion", "Golden Goose", "Net-a-Porter", "Yoox", "The Outnet", "IHerb" brendləri də eyni addımı atmışdı.

Eyni zamanda LVMH, "Kering" və "Chanel" Ukraynaya yardım fonduna ianə edəcəyini bildirib.