Rusiyaya növbəti zərbə məşhur yazarlardan gəldi

Rusiyaya növbəti zərbə məşhur yazarlardan gəldi
1339 dəfə oxunub
  • A-
  • A
  • A+

Qorxu janrında yazdığı romanlarla məşhur olan amerikalı yazar Stiven Kinq kitablarının Rusiyada nəşri üçün yeni müqavilələr bağlamaqdan imtina edib.

Axşam.az xəbər verir ki, bu barədə 74 yaşlı yazıçı tviter hesabında yazıb. O, məşhur detektiv romanlarının müəllifi, kanadalı yazar Linvud Barklinin eyni məzmunlu paylaşımını yayımlayaraq mövqeyini ortaya qoyub.

Siven kanadalı yazarın "Etiraf edirəm ki, bu, kiçik bir qurbandır və fırtınada üfürməkdən daha çox təsirli olmayacaq, lakin mən rusca kitab müqavilələrimi yeniləmirəm" statusuna "Mən də" sözlərini əlavə edib.

Qeyd edək ki, 2021-ci ilin dekabrında "Strorytel" audiokitab xidməti ruslar arasında ən populyar yazıçıların adını açıqlayarkən S.Kinq bu siyahıda dördüncü sırada yer alıb.